Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » QMİ-dən Qurban bayramı ilə bağlı açıqlama

QMİ-dən Qurban bayramı ilə bağlı açıqlama

QMİ-dən Qurban bayramı ilə bağlı açıqlama
2023-06-20 , 16:21

Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.


Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.

Satıclar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiymətində artım var. Heyvanların qiyməti çəkiyə görə dəyişir. Heyvanlar diri çəkidə bir kilosu 7-8 manata, kəsilib doğranaraq təhvil verildikdə isə 16-18 manata təklif edilir.

Qurbanlıq erkək danaların diri çəkidə bir kilosu 6,5 manat, kəsilib doğranaraq təhvil verildikdə isə 13-15 manat arası dəyişir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Trend-ə bildirib ki, qurban kəsənlər əti imkansız ailələrə paylamalıdır.

"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəxslər üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir."

F. Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.

"Qurban bayramında bazarlarda qiyməti süni şəkildə qaldıranlara da rast gəlinir. Bir adam mal satırsa, tövsiyə olunur ki, həmin ərəfədə malı bahalaşdırmasın. Savab qazanmaq istəyirlərsə, ədalətlə bu işə yanaşsınlar. Qurbanlıq alan da, heyvan 5-10 manat baha olsa, danışmamalıdır, xırdaçılıq etməməlidir. Çünki dinimizdə də buyrulub ki, imkanı olan qurban almalıdır", - deyə o qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.