Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qurbanlıq heyvanların qiyməti kəskin bahalaşdı: Diri çəkidə 1 kiloqramı...

Qurbanlıq heyvanların qiyməti kəskin bahalaşdı: Diri çəkidə 1 kiloqramı...

Qurbanlıq heyvanların qiyməti kəskin bahalaşdı: Diri çəkidə 1 kiloqramı...
2023-06-20 , 15:59

Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı iyunun 28, 29-u qeyd ediləcək. Trend-in əməkdaşı bununla əlaqədar olaraq bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırma aparıb. 

Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.
Satıclar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiymətində bahalaşma var. Heyvanların qiyməti çəkiyə görə dəyişir. Heyvanlar diri çəkidə bir kilosu 7-8 manata, kəsilib doğranaraq təhvil verildikdə isə 16-18 manata təklif edilir.
Qurbanlıq erkək danaların diri çəkidə bir kilosu 6,5 manat, kəsilib doğranaraq təhvil verildikdə isə 13-15 manat arası dəyişir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, qurban kəsənlər də, o ailələrə pay verməlidir ki, onlar çətinliklə yaşasın.
"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəhərələrdə və regionlarda olanlar üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir."
Hacı Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək də doğru deyil.
"Qurban bayramında bazarlarda süni qiymət qaldıranlara da rast gəlinir. Bir adam mal satırsa, tövsiyə olunur ki, həmin ərəfədə malı bahalaşdırmasın. Savab qazanmaq istəyirlərsə, ədalətlə bu işə yanaşsın. Qurbanlıq alan da, heyvan 5-10 manat baha olsa, danışmamalıdır, xırdaçılıq etməməlidir. Çünki dinizmizdə də buyrulub ki, imkanı olan qurban almalıdır", - deyə o qeyd edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.