Sahibkarlığın İnkişafı Fondu yerli istehsalın stimullaşdırılması üçün güzəştli kredit ayırıb - FOTO

“Azza” MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR