Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzovdan həmkarına etiraz: “Biz heç bir dövlətin daxili işinə qarışa bilmərik”

Siyavuş Novruzovdan həmkarına etiraz: “Biz heç bir dövlətin daxili işinə qarışa bilmərik”

Siyavuş Novruzovdan həmkarına etiraz: “Biz heç bir dövlətin daxili işinə qarışa bilmərik”
2023-06-24 , 13:43

Deputat Qüdrət Həsənquliyevin parlamentdəki çıxışında Rusiyadakı qiyamçılara qarşı çıxış etməsi və Rusiyanın qanuni hakimiyyət orqanlarını dəstəkləməklə bağlı təklifinə onun həmkarı tərəfindən reaksiya verildi.

Musavat.com-un məlumatına görə, komitə sədri Siyavuş Novruzov bildirdi ki, Azərbaycan dövləti çox düzgün siyasət sərgiləyir. O, spiker Sahibə Qafarovanın xarici səfərlər zamanı da Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi barədə səsləndirdiyi fikirləri xatırlatdı. Bildirdi ki, ona görə də biz heç bir dövlətin daxili işinə qarışa bilmərik: “Fərdi qaydada hər birimiz öz fikrimizi bildirə bilərik. Amma rəsmi qaydada, yaxud parlament səviyyəsində məsələyə qarışmağımız düzgün olmaz”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.