Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İran XİN rəhbəri Bakıya gəlir

İran XİN rəhbəri Bakıya gəlir

İran XİN rəhbəri Bakıya gəlir
2023-07-03 , 13:12

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfər edəcək.


Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.

Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək./APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.