Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ebru Gündəşi toya gətirən iş adamı Bakıdakı məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

Ebru Gündəşi toya gətirən iş adamı Bakıdakı məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

Ebru Gündəşi toya gətirən iş adamı Bakıdakı məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO
2023-07-07 , 20:01

Xəbər verdiyimiz kimi məşhur türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib. Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.

 
Yenilik.az xəbər verir ki, Demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib.
 
Məlum olub ki, o, Bakıdakı "Metropark” ticarət mərkəzinin sahibidir. 

A.Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur. Necə deyərlər, "varlığa nə darlıq”…

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.