Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mikayıl Cabbarov: “Vergi daxilolmaları ötən illə müqayisədə artıb” - FOTO

Mikayıl Cabbarov: “Vergi daxilolmaları ötən illə müqayisədə artıb” - FOTO

Mikayıl Cabbarov: “Vergi daxilolmaları ötən illə müqayisədə artıb” - FOTO
2023-07-12 , 16:28

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi daxilolmalarının ötən illə müqayisəsini açıqlayıb.

Yenilik.az xəbər verir ki, bu barədə nazir rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. Bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6% artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 5 milyard 199,4 milyon manat olub”.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.