Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fazil Mustafa deputatların aldığı 14 min manatdan danışdı

Fazil Mustafa deputatların aldığı 14 min manatdan danışdı

Fazil Mustafa deputatların aldığı 14 min manatdan danışdı
2023-07-22 , 15:52

“Deputatlara məzuniyyətlə əlaqədar verilən 14.910 manat bağlı mənim fikrimi öyrənməyə ehtiyac yoxdur. Siz Milli Məclisin rəhbərliyinə müraciət edin, cavab versin. Bu, qanunvericilik ilə doğrudur və kim nə istəyirsə, desin”.

 
Yenilik.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
 
Millət vəkili deputatların yay məzuniyyətləri üçün onlara verilən 14.910 manat civarındakı məbləğlə bağlı sosial şəbəkələrdə yayılan müzakirələrə toxunub.
 
Bu barədə danışmaq istəməyən partiya sədri söyləyib ki, bu, ona aid olan sual deyil və 14.910 AZN vermək qanunauyğundur:
 
“Bunu müzakirə etmək insanlarımızın haqqıdır. Məsələn, Elza Seyidcahanın AYB-yə üzvlüyünü də müzakirə edirlər. Biz ona cavab verməli deyilik ki, niyə müzakirə edirsiniz?
 
Bir var, deputatlara qanunsuz pul ayrıla, amma 14.910 manat qanunvericilikdə nəzərdə tutulan məzuniyyət puludur. Mən bu barədə cavab versəm, başlayacaqlar bizi söyməyə ki, deputat belədir, elədir. Bu, nəyimə lazımdır? Deputatın görünməyən xərclərindən kimsə danışmır. Deputatın maşını yox, benzin vermirlər və o, öz pulu ilə rayonlara gedir. Orada isə seçiciləri ilə məşğul olur. Bu pul təkcə istirahət pulu deyil. Ona görə də mən qanunu müəyyən etmirəm. Bunun üçün rəhbərliyə müraciət edilməlidir. Çünki biz desək, başlayacaqlar ki, filankəs az maaş alır, siz çox. Yaxşı, qoy azaltsınlar. Yaxşı olardı ki, bu barədə rəhbərlik danışardı”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.