Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Misir Mərdanovun əllərinin heykəli hazırlandı - FOTO

Misir Mərdanovun əllərinin heykəli hazırlandı - FOTO

Misir Mərdanovun əllərinin heykəli hazırlandı - FOTO
2023-07-25 , 14:35

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun əllərinin heykəli hazırlanıb.



Yenilik.az xəbər verir ki, bu barədə Misir Mərdanov sosial media hesabında məlumat verib.



O qeyd edib ki, əllərinin heykəli “Danışan əllər” layihəsi çərçivəsində hazırlanıb:


“Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar onun rəhbərliyi altında çalışmış insanların əllərinin heykəlləri yaradılıb. Yaxın zamanlarda bu heykəllərin sərgisinin keçirilməsi də planlaşdırılır. Fürsətdən istifadə edərək “Danışan əllər” layihəsinin müəlliflərinə və layihənin yaradıcılarına təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edirəm”.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.