Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » General Abşerondakı əkin təyinatlı torpaqda 3 mərtəbə ev tikir – FOTOLAR

General Abşerondakı əkin təyinatlı torpaqda 3 mərtəbə ev tikir – FOTOLAR

General Abşerondakı əkin təyinatlı torpaqda 3 mərtəbə ev tikir – FOTOLAR
2023-08-01 , 13:44

Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən əkin təyinatlı torpaqda 3 mərtəbəli bina tikilir. Yerli sakinlər bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Sakinlər Musavat.com-a bildiriblər ki, hələlik onların müraciətlərinə reaksiya verilməyib.
Tikinti işləri isə daha da sürətləndirilib. Sakinlərin sözlərinə görə, həmin ərazi Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan generallardan birinə məxsusdur. Lakin həmin general da yaxasını kənara çəkir, deyir ki, torpaq vaxtilə onun olub, sonradan isə həmin torpağı başqasına satıb.
Sakinlərin sözlərinə görə, ərazidə qanunsuz olaraq 1 hektar sahədə dərinliyi 4 metrə yaxın süni göl qazılıb. Həmin gölə Sumqayıtçay su mənbəsindən su doldurulması planlaşdırılır. Bu isə qonşuluqda mövcud olan kənd təsərrüfatı sahələrinə su problemi yaşadacaq. Sakinlər bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdiklərini, lakin hələlik kəsərli bir tədbir görülmədiyini də açıqlayıblar.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.