Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vasif Talıbovun oğlu naxçıvanlıların hüquqlarını qoruyacaq?

Vasif Talıbovun oğlu naxçıvanlıların hüquqlarını qoruyacaq?

Vasif Talıbovun oğlu naxçıvanlıların hüquqlarını qoruyacaq?
2023-08-04 , 15:59

Novella Cəfəroğlu: “Onun yenidən komitə üzvü seçilməsi göstərir ki...”

Xəbər verildiyi kimi, iki gün öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Bunlar Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələridir.
Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, onun oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər.
S.Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Lakin sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, V.Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbovun yenidən Naxçıvanda komitə üzvü seçilməsi islahatların alınmadığını göstərir.
O, hesab edir ki, prosesin necə davam edəcəyini zaman göstərəcək: “Hesab edirəm ki, Naxçıvanda ciddi islahatlara ehtiyac var. Çox istərdim ki, orada Zəngəzur dəhlizi ilə bağlı genişmiqyaslı beynəlxalq forum keçirilsin. Naxçıvan əhalisinin bu 30 ildə necə əziyyət çəkdiyini göstərmək üçün dünya ictimaiyyətini ora çağırmaq lazımdır. Düşünürəm ki, Zəngəzur yolu açılsa, Naxçıvanda gözəgörünən islahatlar aparılacaq. Məlumdur ki, bu bölgədə hava yollarından daha çox istifadə olunur, bu baxımdan Zəngəzur yolunun açılması biznes sektorunun inkişafı üçün də önəmlidir. Bir sözlə, Zəngəzur dəhlizi açardır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.