Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Günay Həbibli vəzifəsindən azad edildi: "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq..."

Günay Həbibli vəzifəsindən azad edildi: "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq..."

Günay Həbibli vəzifəsindən azad edildi: 
2023-08-28 , 13:51

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
 
Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
 
G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.