Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Telefonla danışdığına görə işdən çıxarıldığı deyilən xanım maşinist DANIŞDI: “Səbəb başqadır…”

Telefonla danışdığına görə işdən çıxarıldığı deyilən xanım maşinist DANIŞDI: “Səbəb başqadır…”

Telefonla danışdığına görə işdən çıxarıldığı deyilən xanım maşinist DANIŞDI: “Səbəb başqadır…”
2023-08-28 , 13:52

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Yenilik.az xəbər verir ki, G.Həbibli baş verənlərlə bağlı pravda.az-a danışıb.

G.Həbibli işdən çıxarılmasına səbəb kimi göstərilən qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib: “Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.
O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb: “Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o… Nə deyim?”
Xatırladaq ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.

https://yenilik.az/cemiyyet/26773-telefonla-danishdigina-gore-ishden-chixarildigi-deyilen-xanim-mashinist-danshd-sebeb-bashqadir.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.