Aparıcı və prodüser Tarix Əliyev (Tolik) və müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayılan barışıq videosuna şərh yazıblar. Onlar Məmmədova ilə Dadaşovanın barışığına inanmayıb, qeyri-səmimi adlandırıblar.
"Heç kim məndən inciməsin. İncisə də gedib su içsin. Mənə bu görüntü heç də səmimi gəlmədi", - deyə Tolik yazıb.
Nadir isə Elzanın repertuarında yer alan "Son vida" mahnısının nəqarət hissəsinin sözlərini yazaraq, şəxsi münasibətini bildirib.