Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Guya Bakının özündə erməni yaşamır?!” - Deputatdan maraqlı açıqlama

“Guya Bakının özündə erməni yaşamır?!” - Deputatdan maraqlı açıqlama

“Guya Bakının özündə erməni yaşamır?!” - Deputatdan maraqlı açıqlama
2023-09-25 , 18:20

“Ermənilərin kütləvi şəkildə köçə başlaması onların səlahiyyəti və ixtiyarında olan məsələlərdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 
Millət vəkili Qarabağ ermənilərinin bölgədən start götürən kütləvi köçlərinin pərdəarxası məqamlarına toxunub. 
Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti, xüsusilə də Prezident İlham Əliyev öz çıxışlarında həmişə təklif edib ki, onlar bizim vətəndaşlarımızdır:
“Sonuncu Yevlax görüşündə də yardımlar və reinteqrasiya məsələsi qeyd olundu. Azərbaycanın tələbi budur ki, Azərbaycan vətəndaşı kimi qanunlarımızı qəbul etməlidir. Hətta bildiyim qədəri ilə, bəzi ermənilər artıq vətəndaşlıqla bağı müraciət ediblər. Bölgədə separatçı qüvvələr kifayət qədərdir, eləcə də Ruben Vardanyan da hazırda orada oyun çıxarır, camaatı mitinqə çağırır”. 
Milli Məclisin deputatı əmindir ki, bunların hamısı müvəqqəti hadisələrdir və keçib-gedəcək:
“Fakt budur ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. İndi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran və digər şəhərlərimizdə Azərbaycan bayraqları ucaldılacaq. Biz heç kimə deməmişik ki, Azərbaycan ərazisindən çıxın, əksinə, dövlətimiz bəyan edir ki, qalın, yaşayın, nə lazımdır, kömək edəcəyik”. 
Müsahibimizə görə, bu gün Azərbaycan dövləti Qarabağ ermənilərini ərzaqla təmin edib, Xankəndinin işıq təminatı artıq Azərbaycandan verilir: 
“Ona görə də bu məsələləri şişirdən maraqlı qüvvələr var və onlar istəmirlər ki, orada ermənilər yaşasın, ərazidən çıxsınlar ki, problemlər yaransın. Lakin bunlar mümkün deyil, məsələlər öz həllini tapıb və Azərbaycan Qarabağın öz ərazisi olduğunu artıq bir neçə dəfə qeyd edib, o cümlədən Ermənistanın Baş naziri də bunu təsdiqləyib”. 
“Biz çalışmalıyıq ki, Ermənistanla ən qısa müddətdə sülh sazişini imzalayaq və bu məsələ bitsin. Bundan sonra qalan məsələlərin hamısı öz yerində olacaq. Fikrimcə, bu gün ermənilər nə qədər də oradan çıxıb gedəsi olsalar da, orada yenə də qalan olacaq. Guya Bakının özündə erməni yaşamır?! Onlara toxunan, incidən var? Vətəndaşlarımız kimi bütün imtiyazlardan istifadə edirlər. Eynilə də Qarabağ ermənilərinə də həmin imtiyazlar şamil olunacaq”, - fikirlərini tamamlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.