Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Space TV"nin efirindəki səhv lağa qoyuldu

"Space TV"nin efirindəki səhv lağa qoyuldu

2023-10-03 , 13:57

Ötən gün "Space TV"də yayımlanan "Gəl, danış" proqramındakı səhv sosial şəbəkədə müzakirələrə səbəb olub. 


Amil Xəlilin aparıcısı olduğu proqramda ekranda başlıq yazılıb. "Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü" başlığındakı qramatik səhv isə tənqid edilib. 

Hər kəs ərin öldükdən sonra xanımını necə qətlə yetirməsini lağa qoyub. 

Əməkdar artist Sevda Ələkbərzadə də sözügedən paylaşımı yayımlayaraq "Necə eləyib görəsən?" sözlərini yazıb. 

Aparıcı məsələ ilə bağlı "Kiçik və texniki səhv. Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən leksik bir səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı. 20-30 ilin redaktorları belə yazıda səhvlər edir" sözlərini bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.