Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Amil Xəlil efirdə Aydın Xanı belə “vurdu” - VİDEO

Amil Xəlil efirdə Aydın Xanı belə “vurdu” - VİDEO

Amil Xəlil efirdə Aydın Xanı belə “vurdu” - VİDEO
2023-06-20 , 16:36



Space TV-nin "Gəl danış" sosial məzmunlu verilişinin aparıcısı, tanınmış jurnalist Amil Xəlillə yazıçı kulturoloq Aydın Xan Əbilov arasında qalmaqal yaşanır. 
Yenisabah.az xəbər verir ki, tərəflərin üz-üzə gəlməsinə səbəb Aydın Xan Əbilovun televiziya aparıcılarının ünvanına tənqidi fikirlər səsləndirməsi olub. Amil Xəlilin "özünə hörmət qoyan aparıcı Aydın Xan Əbilovu verilişinə dəvət etməz" sözləri qarşı tərəfin kəskin etirazına səbəb olub. O, aparıcıya mesaj göndərərək "Bundan sonra 1000 manat da versən, mənim nəinki özümü görərsən, hətta adımı belə çəkməyə sənə qadağan edərəm!" - deyib.
Tərəflər arasındakı gərginlik bu gün də davam edib. Amil Xəlil müəllifi olduğu verilişdə yazıçını yenidən tənqid atəşinə tutub. O, Aydın Xan Əbilovu axına qarşı üzməkdə, cəmiyyətin əsəbləri ilə oynamaqda, mütəmadi olaraq kasıb insanları hədəf almaqda və 76 yaşlı anasını ərə verməyə cəhddə suçlayıb. 
Amil Xəlil yazıçını səhvlərindən nəticə çıxarmağa və cəmiyyətdən üzr istəməyə çağırıb. 
Həmin görüntüləri təqdim edirik: 






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.