Yazıçı 50 manata görə Space-də dava saldı - Şok təfərrüat

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Amil Xəlillə yazıçı-kulturoloq Aydın Xan Əbilov arasında qalmaqal yaşanıb.
Daha sonra Amil, "Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz", - sözlərini söyləyib.
Yenisabah.az xəbər verir ki, aparıcının bu sözləri cavabsız qalmayıb, Aydın Xan Əbilov sosial şəbəkə hesabında ona sərt qarşılıq verib:
"Amil Xəlil, şişmisən, deyəsən. Dünən tədbirdə mən sənə dedim ki, bundan sonra, verilişinin hər birində, dost olduğuna görə, 50 manat qonorar versən, gəlib iştirak edərəm. Sən dur bu gün canlı efirdə artistlik elə, de ki, Aydın Xanı mən verilişə qoymaram!
Bundan sonra 1000 manat da versən, mənim nəinki özümü görərsən, hətta adımı belə çəkməyə sənə qadağan edərəm!".
Sosial şəbəkə iştirakçıları tərəfləri anlaşmağa səsləyiblər. Onlar iki yaradıcı adam arasında başlayan söz davasına görə təəssüf hissi keçirdiklərini gizlətməyiblər.
OXŞAR XƏBƏRLƏR