Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib
2023-10-04 , 14:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndəriblər.

 
Yenilik.az oxu.az-a istinadən xəbər verir ki, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.
Geoloq bu gün Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.
O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.
Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.