Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mingəçevir Şəhər İcra Hakimiyyəti və Qəyyumluq və Himayə Komissiyasının nümayəndələri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı arasında görüş keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Qəyyumluq və Himayə Komissiyasının nümayəndələri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı arasında görüş keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Qəyyumluq və Himayə Komissiyasının nümayəndələri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı arasında görüş keçirilib.
2023-10-17 , 15:15


Azərbaycan Respublikası Prezidentinin 28.08.2023-cü ilı tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında Sosial Xidmətlərin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı" nın tələbləri çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri və Qəyyumluq və Himayə Komissiyasının sədri Mahir Əliyevin iştirakı ilə Mingəçevir 1 saylı Mediasiya Təşkilatı əməkdaşlarının təşkilatın ofisində birgə iclası keçirildi.


İclasda yuxarıda qeyd edilən Dövlət Proqramında Mediasiya Şurasının qarşısına qoyulan vəzifələr müzakirə olundu, Mahir Əliyevin və təşkilatın əməkdaşlarının çıxışları dinlənildi, ailədaxili mübahisələrin mediasiyada həlli ilə bağlı müzakirələr aparıldı, təkliflər verildi. 


Eyni zamanda Mingəçevir 1 saylı mediasiya təşkilatı ilə şəhərin aidiyyəti qurumları arasında işgüzar əlaqələrin gücləndirilməsi, mediasiyanın vətəndaşlar arasında təbliği məsələləri üzərində fikir mübadiləsi aparıldı.








Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.