Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nigar Arpadarai rəhbər təyin olundu

Nigar Arpadarai rəhbər təyin olundu

Nigar Arpadarai rəhbər təyin olundu
2023-10-18 , 14:32

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyində dəyişiklik baş verib.

Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəfəq Hüseynli direktor vəzifəsindən azad edilib.
AMADA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda millət vəkili, “Bakı Şəhər Halqası”nın sabiq mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçilib. Həmçinin Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib.
Xatırladaq ki, AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.