Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Uşaq Hüquqları Aylığı” çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş iki günlük təlim təşkil olunmuşdur.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş iki günlük təlim təşkil olunmuşdur.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş iki günlük təlim təşkil olunmuşdur.
2023-10-30 , 16:50

26-27 oktyabr, 2023-cü il tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş iki günlük təlim təşkil olunmuşdur. 


Tədbirdə təlimçi qismində “Miqrant uşaqların hüquqları: Milli mediasiya və məhkəmə təcrübəsi” mövzusu ilə Mediasiya Şurasını Bakı 1 saylı mediasiya təşkilatının rəhbəri Şahin Məmmədrzalı təmsil etmişdir. 

Təlimin ikinci günü baş tutan 1 saatlıq müzakirə zamanı Şahin Məmmədrzalı təlim iştirakçılarını bütövlükdə mediasiyanın üstünlükləri və mahiyyəti, mediasiyada uşaqların hüquqlarının və mənafelərinin qorunması metodikası, ölkə daxilində miqrasiya zamanı uşaqların maraqları, valideyn istəklərinin zidd gəlməsi problemləri,, nikah pozulduqdan sonra övladın ölkə xaricinə çıxmasının prosedur qaydasında mediasiya mexanizminin rolu,, bu istiqamətlərdə mediasiyanın digər dövlət orqanları ilə əməkdaşlıq istiqamətləri ilə tanış etmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.