Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Burada gizli məna axtarmağa ehtiyac görmürəm”

“Burada gizli məna axtarmağa ehtiyac görmürəm”

“Burada gizli məna axtarmağa ehtiyac görmürəm”
2023-11-03 , 16:26

“Cərimənin məqsədi dövlətin pul qazanması deyil. Parkinqlər və s. daha geniş konsepsiyanın tərkib hissəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında bildirib.
Nazir qeyd edib ki, bütün bunlar ictimai nəqliyyatın təkmilləşməsinə xidmət edir: “Naxçıvana ayrılan büdcəyə gəldikdə, düzdür Naxçıvana ayrılan büdcə azaldılıb. Amma buna səbəb Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirlərinin artmasıdır. Burada hər hansı gizli məna axtarmağa ehtiyac görmürəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.