Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurasının üzvlüyünə qəbulu ilə bağlı monitorinq keçirildi.

Mediasiya Şurasının üzvlüyünə qəbulu ilə bağlı monitorinq keçirildi.

Mediasiya Şurasının üzvlüyünə qəbulu ilə bağlı monitorinq keçirildi.
2023-11-01 , 17:01

Bakı 19 və 20 saylı mediasiya təşkilatının Mediasiya Şurasının üzvlüyünə qəbulu ilə bağlı monitorinq keçirildi.

31 oktyabr 2023-cü il tarixində Bakı şəhəri üzrə dövlət qeydiyyatına alınmış Bakı 19 və 20 saylı mediasiya təşkilatlarında monitorinq keçirilib.

Xüsusi Komissiya tərəfindən keçirilən monitorinqlərdə Mayıl Əhməd, Esmira Hüseynova, İlham Mehdiyev, Şakir Səfərbəyov, Əli Fərzəliyev və Mediasiya Şurasının əməkdaşları iştirak edib.

Monitorinqlər zamanı Bakı 19 saylı mediasiya təşkilatının təsisçisi Mehri Rzayeva, Bakı 20 saylı mediasiya təşkilatının təsisçiləri Elçin Hüseynov və Nicat İsmayılov təşkilata müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı Komissiya üzvlərinə geniş məlumat verib.

Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Mediasiya Təşkilatlarında həyata keçiriləcək mediasiya işləri ilə bağlı kargüzarlığın qanunvericiliyin tələbinə uyğun şəkildə qurulması ilə bağlı təşkilatın təsisçilərinə müvafiq tövsiyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluqları yoxlanılmış və onların Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunmuşdur.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.