Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR
2023-11-16 , 16:25

"Google" artıq "WhatsApp" üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

 
Yenilik.az Trend-ə istinadən bildirir ki, istifadəçilər "Google One" abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq "WhatsApp"ın ehtiyat nüsxəsini çıxara biləcəklər.
 
"WhatsApp" illərdir "Android" və "iOS" ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; "iPhone" istifadəçiləri "iCloud" vasitəsilə, "Android" istifadəçiləri isə "Google Disk" vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. "Google" və "WhatsApp" tərəfindən edilən birgə açıqlamada, "Google Drive" ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.
 
Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər "WhatsApp" məlumatlarının ehtiyat nüsxəsini yalnız "Google" hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. "Google" hesabında yaddaş yerini dolduran istifadəçi ya "Google One" paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.