Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”

“Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”

“Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”
2023-11-22 , 18:19

“Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.
İcbari tibbi sığortanın tətbiqindən sonra  həkimlərə ödənilən aylıq əməkhaqqının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hazırda 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var.
S.Səmədov əlavə edib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.