Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Ermənistanın qərarı təəssüf doğurur” - Rusiya XİN

“Ermənistanın qərarı təəssüf doğurur” - Rusiya XİN

“Ermənistanın qərarı təəssüf doğurur” - Rusiya XİN
2023-11-22 , 18:20

“Ermənistanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak etməməklə bağlı qərarı təəssüf doğurur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. 
Onun sözlərinə görə, lakin, qapılar açıq olaraq qalır: “Bu qərarın erməni xalqının uzunmüddətli maraqlarına cavab verdiyini və dost ölkənin təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcəyini hesab etmirik”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan KTMT-nin noyabrın 23-ü Minskdə keçiriləcək sözügedən sammitində iştirak etməyəcəklər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.