Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ASAN XİDMƏT “ASAN İMZAN”I NİYƏ QƏLİZLƏŞDİRİR?

ASAN XİDMƏT “ASAN İMZAN”I NİYƏ QƏLİZLƏŞDİRİR?

ASAN XİDMƏT “ASAN İMZAN”I NİYƏ QƏLİZLƏŞDİRİR?
2023-11-27 , 15:21

Noyabrın 24-dən bu günə kimi ASAN Xidmətdə “ASAN imzanı” sertifikatlaşdırmaq olmur. Bildirilir ki, “sistem işləmir”.

Tribunainfo.az yazır ki, iqtisadçı Zöhrab İsmayıl bildirib ki, dünyanın bir çox ölkəsində, hətta Ukraynada elektron imza üçün heç yerə getmək lazım deyildi. Bir çox bankların internet bankçılığı vasitəsilə identifikasiya mümkündür və kompüterin arxasında 5 dəqiqə oturub bu məsələni həll etmək mümkündür:
“Ya da mobil telefondan elektron hökumət portallarına Bank ID vasitəsilə də daxil ola bilərsən. Bizdə isə mobil nömrə və şəxsiyyət vəsiqəsi məlumatları ilə daxil olmağa çalışırsan, video yazırsan, amma nəsə yenə identifikasiya oluna bilmirsən. Videon kiminsə xoşuna gəlmir.
“ASAN imza” üçün isə əvvəl get “ASAN nömrə” al, sonra da ASAN Xidmətə get sertifikat al. O da 4-5 gündür işləmir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.