Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Deyirsən pul ver, o saat "ağlayır"" - Putin kimin xəsisliyindən GİLEYLƏNDİ?

"Deyirsən pul ver, o saat "ağlayır"" - Putin kimin xəsisliyindən GİLEYLƏNDİ?

2023-11-30 , 14:42

"Maliyyə naziri Anton Siluanov əlavə büdcə xərclərinə dair təkliflərə görə "ağlayacaq".

 
Bunu Rusiya prezidenti Vladimir Putin Gənc Alimlərin III Konqresinin iştirakçıları ilə görüşündə deyib.
 
Tədbir zamanı dövlət başçısından “Puşkin kartı”na bənzətməklə “Mendeleyev kartı”nın funksional imkanlarının genişləndirilməsi imkanları barədə düşünməsi xahiş olunub. Putin cavabında aydınlaşdırıb ki, xərcləri özəl şirkətlər öz üzərinə götürür, "Puşkin kartı" isə büdcədən maliyyələşir. O, 2026-cı ilə qədər təsdiqlənmiş büdcəyə əlavə xərclərin daxil edilməsinin “asan olmayacağını” deyib.
 
“İdeyanın özü yaxşıdır. Mexanizm sadədir - masanın üstündə pul olmalıdır. Maliyyə naziri Anton Siluanova deyin ki, pul ver. O saat ağlayacaq. Deyəcək ki, pul yoxdur", - deyə Putin zarafat edib.(Yenisabah.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.