Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Biologiya ixtisasının tələbələri Tərəvzçilik Elmi Tədqiqat İnstitutunda olublar

Biologiya ixtisasının tələbələri Tərəvzçilik Elmi Tədqiqat İnstitutunda olublar

Biologiya ixtisasının tələbələri Tərəvzçilik Elmi Tədqiqat İnstitutunda olublar
2023-11-25 , 15:19

Qərbi Kaspi Universitetinin Biologiya ixtisası tələbələri Təbiət elmləri kafedrasının müəllimi b.ü.f.d Ayaz Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.
Tələbələr ilk öncə institutun Aqrobiotexnologiya, Emal, saxlama və keyfiyyət, Bitki mühafizəsi, Funksional analizlər, Toxum emalı, torpaqların analizi və s. laboratoriyaları və həmçinin institutun istixanaları ilə yaxından tanış olublar.
Səfər müddətində institut əməkdaşları tərəfindən burda olan müasir cihaz və avadanlıqlar (Xromotoqrafiya, ELİSA, ICP-MS və s.) və onların iş prinsipləri ətraflı əyani şəkildə izah edilib.
Tələbələr xüsusilə Aqrbiotexnologiya laboratoriyasında mikrokolonal çoxaltmada istifadə olunan qida mühitinin formalaşdırılması, əkin materialının hazırlanması, adamtasiya və s. proseslərlə, həmçinin virusların təyini, istixana şəraitində bitkilərin yetişdirilməsi, pomidor bitkisində hibridləşmənin aparılması barədə məlumatlandırılıblar.
İnstitut rəhbərliyi ilə müzakirədə birgə elmi tədiqatların aparılması və tələbələrin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuda təcrübə keçmələri müzakirə olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.