Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

2023-12-01 , 14:06

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi" fəaliyyətini davam etdirir.

Yenilik.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.
Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
İ.Mehdiyev bildirib ki, sadəcə olaraq "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişir  və buna görə də bazar bundan sonra "8-ci km Ticarət Mərkəzi" adı altında fəaliyyət göstərməyəcək.
"Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur", - İ.Mehdiyev əlavə edib.
Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.