Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq

Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq

Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq
2023-12-13 , 16:43

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.
Dekabrın 14-ü axşamadək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.