Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabah güclü külək əsəcək, leysan olacaq - Xəbərdarlıq

Sabah güclü külək əsəcək, leysan olacaq - Xəbərdarlıq

Sabah güclü külək əsəcək, leysan olacaq - Xəbərdarlıq
2023-05-16 , 16:37

Bakıda və Abşeron yarımadasında mayın 17-si gündüz şimal-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək. 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.