Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərsu” aylığı 3 300 manata pikap kirayələyir

“Azərsu” aylığı 3 300 manata pikap kirayələyir

“Azərsu” aylığı 3 300 manata pikap kirayələyir
2023-12-18 , 16:11

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) 20 ədəd pikap tipli avtomobil icarəyə götürür. 


Qaynarinfo xəbər verir ki, Bakı, Sumqayıt və Abşeron yarımadası üzrə sayğacsız abonentlərə suölçən cihazların quraşdırılması işlərinin operativ və keyfiyyətli aparılması üçün Nəzarət Ölçü Cihazları İdarəsinə tələb olunan avtomobillər "Universal Motors" MMC-dən icarəyə götürüləcək. 

İcarə müddəti 6 aydır. "Azərsu” ASC 20 pikapın 6 aylıq icarəsi üçün şirkətə 396 480 AZN ödəyəcək. Bu halda bir avtomobilin aylıq icarə haqqı 3 304 AZN edir.
"Universal Motors” MMC 30 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 80-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramil Şahmurad oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.