Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Trendyol"dan alış-veriş edənlərin nəzərinə: qiymətlər düşəcək

"Trendyol"dan alış-veriş edənlərin nəzərinə: qiymətlər düşəcək

2024-01-11 , 15:48

Türk lirəsinin ucuzlaşması qardaş ölkədən sifariş edilən məhsulların qiymətində ucuzlaşma yarada bilər.

Yenilik.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.Onun sözlərinə görə, bu, müəyyən dərəcədə "Trendyol"dan sifariş edilən məhsulların qiymətində də hiss edilə bilər.
Qeyd edək ki, Türk lirəsi dollar qarşısında dəyər itirməkdə davam edir. Son məlumata görə, dollar lirə qarşısında 0.18% bahalaşaraq rekord səviyyəyə - 30 lirəyə çatıb. Avro isə lirə qarşısında 0.13% dəyər qazanaraq 32,95 lirə olub. Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,0567 manata ticarət edilir. Ekspertlər Türkiyənin milli valyutasının ABŞ dolları qarşısında bu qədər dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini hesab edir.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.