Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Övladlarınızın həyatı ilə oynamayın! - Nazirdən ÇAĞIRIŞ

Övladlarınızın həyatı ilə oynamayın! - Nazirdən ÇAĞIRIŞ

Övladlarınızın həyatı ilə oynamayın! - Nazirdən ÇAĞIRIŞ
2024-01-16 , 16:13

“Ölkəmizdə qızılca ilə bağlı epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən nəzarət altındadır”.

Yenilik.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
“Fürsətdən istifadə edərək, təqvimi peyvəndlərdən kənarda qalmış uşaqların valideynlərinə bir daha çağırış etmək istəyirəm. Övladlarınızın sağlamlığı, həyatı ilə oynamayın.
Qızılcanın öhdəsindən gələn yeganə vasitə təqvimi peyvənddir. Peyvəndlənmənin aparılması məqsədilə istər uşaqlar, istərsə də 11-40 yaşlı vətəndaşlar üçün lazımi vaksinlər ölkəyə idxal olunub. Bütün ilkin səhiyyə xidmətləri göstərən mərkəzlərə paylanılıb və tətbiqinə başlanılıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.