Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Yeni salınan qəsəbəyə Şəfəq adı verdilər, heç yeridir?!”

“Yeni salınan qəsəbəyə Şəfəq adı verdilər, heç yeridir?!”

“Yeni salınan qəsəbəyə Şəfəq adı verdilər, heç yeridir?!”
2024-01-16 , 16:20

Milli Məclisdə Azərbaycanda yer adlarının qoyulmasının prinsiplərinin və ardıcıllığının müəyyən edilməsi ilə bağlı təklif irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Nizami Cəfərov Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında təkliflə çıxış edib.
Deputat bildirib ki, xalq öz coğrafiyasını hər yerdə yaşadır: “Biz bu gün uşaqlarımıza, küçələrimizə Təbriz adı qoyuruq. Biz bu adı yaşadırıq. Bu bizim siyasətimizdir”.
Nizami Cəfərov toponimlərlə bağlı müzakirəyə ehtiyac olduğunu diqqətə çatdırıb: “Bizim bu sahədə yaxşı, təcrübəli mütəxəssislərimiz var. Təkrarlanan adlar çoxdur. Ermənistanda olan yer adları ilə də bağlı mütəxəssislərimiz var”.
Komitə sədri Siyavuş Novruzov Nizami Cəfərovun fikrini dəstəkləyib və bildirib ki, toponimiya sahəsində dinləmə keçirilə bilər: “Yeni adlara ehtiyac var. Bu yaxınlarda Toponimiya Komissiyasında yeni salınan bir qəsəbəyə Şəfəq adı verdilər. Heç Şəfəqin yeridir?! İndi belə ad qalıb? Bu məsələ bizim komitəyə gəlməmişdi”.
Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi barədə qərar qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.