Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Oxşar imtiyaz kişilərə də tətbiq olunsun" — AÇIQLAMA

"Oxşar imtiyaz kişilərə də tətbiq olunsun" — AÇIQLAMA

2024-01-16 , 16:57

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilib. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzlayıb. Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.


Sözügedən dəyişikliyi müsbət qiymətləndirən sosioloq Üzeyir Şəfiyev Demokrat​​​​.az-a açıqlamasında deyib ki, ana və ata uşaq üzərində birgə məsuliyyət daşıyır:

“Çox yaxşı olar ki, kişilərə atalıq məzuniyyəti də verilsin. Necə ki, qadınlara ödənişli və ödənişsiz analıq məzuniyyəti verilir, təklif edərdim ki, oxşar imtiyaz kişilərə də tətbiq olunsun. Qanunvericilikdə atalıq məzuniyyəti var, lakin ödənişsiz əsaslarladır, müddəti də çox azdır. 

Bundan başqa böyük kollektivi olan müəssisələrdə uşaq baxçaları açıla bilər. Valideyn uşağını iş yerindəki baxçaya qoyar, özü də rahat işini görər. Beləliklə valideyn iş vaxtı fasilələrdə uşağı ilə də maraqlana biləcək. Bilirik ki, valideynlər bəzən uşaqlarını yaşayış yerinə yaxın baxçalara qoymaqda problem yaşayırlar, baxçalarda yer olmur, məcbur qalıb uzaqda yerləşən baxçaya aparırlar. Müəssisə daxilində kiçik baxçaların yaradılması işçinin valideynlik qayğılarını da azaldar, işini daha keyfiyyətli görməsinə imkan yaradar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.