Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kartından oğurluq edilən tanınmışa bankdan cavab: “Ola bilər, pulu qaytarmayaq” - VİDEO

Kartından oğurluq edilən tanınmışa bankdan cavab: “Ola bilər, pulu qaytarmayaq” - VİDEO

Kartından oğurluq edilən tanınmışa bankdan cavab: “Ola bilər, pulu qaytarmayaq” - VİDEO
2024-01-20 , 15:53

Aktrisa Ülviyyə Xəlilbəyli iddia edir ki, dələduzluq halı ilə rastlaşıb.

Xezerxeber.az xəbər verir ki, ondan təzə aldığı kart hesabından özünün də xəbəri olmadan pul çıxılıb.
Aktrisa sonradan həmin karta müəyyən məbləğdə pul yatırıb:
“Kartımın istifadə müddəti bitmişdi, bank mənə ödənişsiz, hədiyyə olaraq kart verdi, Dedilər ki, artıq sistem belə işləyir. Kartı götürdüm, haradasa 1 ay yarım olardı istifadə etmirdim. Ayın 15-i haradasa saat 16:27-də prosesi yerinə yetirdim. 16:52-də kartımdan pul çəkildi. Buna görə də banka müraciət etdim. Dedilər ki, bəs, bu dələduzluq hadisəsidir və sizin kartınız ancaq bloklanmalıdır. Ola bilər ki, 14 gün ərzində pulu geri qaytaraq və yaxud da ki, heç qaytarmayaq, bu, bizdən asılı olan səbəb deyil”, - deyə aktrisa qeyd edib.
Məsələ ilə bağlı Banklar Asossiasiyasından bildirildi ki, belə halla rastlaşdıqda, dərhal banka müraciət olunmalıdır.
Vəkil Babək Həmidov isə deyir ki, əgər bu hal kart sahibinin öz səhlənkarlığı ucbatından baş veribsə, məsuliyyəti elə özü daşıyır.
Məsələ ilə bağlı İT mütəxəssisi Rövşən Əkbərov bildirdi ki, bu kimi hallarla üzləşməmək üçün, kartı alan kimi içinə məbləğ qoymadan öncə “3D” təhlüksizlik funkisyasını aktiv etmək, gündəlik xərcləməyə limit təyin etmək lazımdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.