Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt Tibb Mərkəzi tərəfindən əhaliyə 4,5 milyondan çox xidmət göstərilib

Sumqayıt Tibb Mərkəzi tərəfindən əhaliyə 4,5 milyondan çox xidmət göstərilib

Sumqayıt Tibb Mərkəzi tərəfindən əhaliyə 4,5 milyondan çox xidmət göstərilib
2024-01-29 , 20:02

Sumqayıt Tibb Mərkəzi tərəfindən 2023-cü il üzrə vətəndaşlara göstərilən müraciət və xidmətlərin statistikası açıqlanıb.


Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, ötən il Mərkəzin tabeliyində olan  tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 526 min müraciət daxil olub.  Bu müraciətlərdən 1 milyon 488 min ambulator, 38 min isə stasionar müraciət olub.

Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 4 milyon 549 min təşkil edib. 
Bu xidmətlərdən 3 milyon 432 min  ambulator, 1 milyon 117 min isə stasionar xidmətdir.

Sumqayıt Tibb Mərkəzi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 460 min daha çox xidmət göstərilib.  Bu isə 47 faiz artım deməkdir. 

Müraciət sayında gəldikdə isə 2023-cü ildə vətəndaşlar tərəfindən 223 min sayda daha çox müraciət olub. Bu isə 18 faiz artım deməkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.