Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Seçki günü 18° isti olacaq

Seçki günü 18° isti olacaq

Seçki günü 18° isti olacaq
2024-02-06 , 17:00

Fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bak​​​​ıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.