Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
2024-01-23 , 16:30

Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

 
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.
 
Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.
 
Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq.
 
Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.