Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu

Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu

Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu
2024-02-08 , 15:56

Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin vəziyyəti normallaşıb.

Yenilik.az bildirir ki, bu barədə Metbuat.az-a müğənni özü məlumat verib. O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanaya yerləşdirilib:
"Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə "Yeni Klinikaya" yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi. Dünən gecə saatlarında həmin tıxanma qəfil aradan qalxdı. Bu gün səhər saatlarında həkim yoxlanışından keçdim. Həkim dedi ki, artıq əməliyyata ehtiyac yoxdur. Xəstəxanadayam, amma özümü yaxşı hiss edirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.