Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü

Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü

Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü
2024-02-20 , 16:23

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.

Yenilik.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib.
Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə Yaxşı ki, Sən Varsan" mahnılarıdır. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.