Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aynişandan tənqidlərə reaksiya

Aynişandan tənqidlərə reaksiya

Aynişandan tənqidlərə reaksiya
2024-01-10 , 12:57

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva tənqidlərə cavab verib. 

Axşam.az xəbər verir ki, mərhum Əməkdar artist Aygün Bəylərin qızına yardım etmək istəməsi Aynişanın başına bəla olub. Ünvanına deyilən tənqidlərə o, belə reaksiya verib.
"Paylaşımlarımı görmüsünüz. Niyyətimi və niyyətimizi bilirsiniz. Haqqıma kiminsə girməyinə icazə verməməyinizi istəyirəm. Sizdən sadəcə bunu istəyirəm" deyə, Aynişan izləyicilərinə səslənib. 
Qeyd edək ki, Aynişan "Hesab açıb, Canan (Aygün Bəylərin qızı - red.) üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin" sözlərini yazıb. Onun bu fikirləri tənqid edilib. 
Aynişan əlavə edib ki, A.Bəylərin bacısı anası Aybəniz Haşımovaya zəng edərək "Cananın 60 il yaşaması üçün də büdcəsi var" sözlərini söyləyib.
Daha sonra məsələyə Əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev münasibət bildirib. O əlavə edib ki, bu sözlər mərhumun ailəsinin xoşuna gəlməyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.