Aynişanın Aygün Bəylərin qızı ilə bağlı paylaşımı etirazla qarşılandı - VİDEO
Yanvar ayının 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin yeniyetmə qızı Canan üçün pul yığmaq istəyən bloger Aynişanın arzusu ürəyində qalıb.
Daha sonra mərhum sənətçinin bacısı blogerin anasına (red -Aybəniz Haşımovaya) zəng vurub və pul yığılmasına etiraz edib:
“Aygün xanımın bacısı mənim anama zəng vurub. Ümumiyyətlə, bilmirdim ki, xalası var, yaxşı ki, ailəsi var imiş. Ailəsi deyib ki, bundan sonra 60 il də yaşaması üçün Cananın büdcəsi var. Təki elə olsun! Ümid edirəm ki, o uşaq çox yaxşı şəkildə böyüyəcək. Burdan ona demək istəyirəm ki, həmişə bil ki, mən varam, nə zaman sənin nəyəsə ehtiyacın olsa, bil ki, mənə bir kəlmə yazmağın kifayətdir, həmişə sənin yanında olacağam”.
Qeyd edək ki, Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.
6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, Suraxanı qəbirstanlığında dəfn olunub.
OXŞAR XƏBƏRLƏR