Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhmədlə bağlı yeni xəbər

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhmədlə bağlı yeni xəbər

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhmədlə bağlı yeni xəbər
2024-02-22 , 16:12

Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.
Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.
Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.
Qeyd edək ki, ötən gün Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürülməsi ilə bağlı məlumat yayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.