Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Baş redaktor və müxbir həbs edildi

Baş redaktor və müxbir həbs edildi

Baş redaktor və müxbir həbs edildi
2024-04-16 , 16:35

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.

Yenilik.az DİN-ə istinadla xəbər verir ki, “Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Fakt əsasında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.