Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Anar Nağılbazın oğlu: "Atam öləndən sonra heç kim bizi axtarmadı"

Anar Nağılbazın oğlu: "Atam öləndən sonra heç kim bizi axtarmadı"

Anar Nağılbazın oğlu: 
2024-04-17 , 12:11

Mərhum reper Anar Nağılbazın övladları ilk dəfə ataları ilə bağlı xatirələrini bölüşüb.

 
AZXEBER.COM xəbər verir ki, "Xəzər axşamı" verilişinin ziyarət etdiyi ailə uzun zaman sonra heç kəsin bilmədiyi məqamlardan danışıb.

Reperin oğlu Tamerlan atası ilə son görüşünü xatırlayarkən deyib:
 
"Atamızı ən son "Yeni il" günü gördük. Bizə hədiyyələr gətirmişdi. Bizim üzümüzü güldürmək üçün gəlmişdi. O sıralar danışmırdıq deyə xəbərsiz gəlmişdi. O hədiyyələri hələ də atamdan yadigar saxlamışam. Bundan başqa atamdan mənə yadigar saatı, eynəkləri, üzüyü, kitabı və şəkilləri qalıb. Uşaqlıqdan arzu edirdi ki, mən idamançı olum. Atamı itirəndə 11 yaşım var idi. İstərdim yanımda olsun, arxa dayaq kimi hiss edim onu.  Darıxanda onun şəkilləri ilə danışıb dərdləşirəm".
 
Tamerlan atasının sənət dostlarının onları ağır günlərində tək qoyduğunu deyərək təəssüfünü dilə gətirib:
 
"Düzünü demək lzımdırsa atamın heç bir sənət dostu bizimlə maraqlanmadı. Ancaq Ramil Nabran və atamın fanatı olan aktyor  Rəsul Abasovdan başqa. Atamı itirəndən sonra heçbir müğənni bizim qapımızı açmayıb. Mənim də repə marağım var. Hətta bir reperə yazdım ki, mənə dəstək olun, bu layihəmi təqdim edim. Amma dedi ki, mənim işlərim çoxdur".
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.