Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video
2024-04-22 , 16:45

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva “Space” TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişdə onun ünvanına böhtan və təhqirlər səsləndirib.
O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, “Space” TV-də verilişə çıxaraq barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm”, “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və sair fikirlər səsləndirib.
O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.